Günün qoroskopu: yeni imkan, yeni şans, yeni istək... » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Günün qoroskopu: yeni imkan, yeni şans, yeni istək...

Günün qoroskopu: yeni imkan, yeni şans, yeni istək...

Müəllif: Kürsüm
//
27 Ocak 2013
//
//

OXUNUB:556
Günün qoroskopu: yeni imkan, yeni şans, yeni istək...

Qoç - kollektivdə qəfil xəbər istisna deyil. Malik olduğunuz imkanları nəzərə alaraq hərəkət edin və eyni zamanda yarana biləcək imkanlardan da ağıllı şəkildə istifadə edin. Baş verənlərdə dayaq nöqtəsi tapmaq üçün maksimum səy göstərin. Mizantropiya vaxtı deyil.

Yeniliklər, fərqlər mərhələsinə daxil olursunuz. Uğurlar və nailiyyətləriniz indi bəxtdən, fortunadan, fatumdan, qəzavü-qədərdən asılıdır.

Uğurlu, bacarıqlı insanlarla təmasda olun. Onlarla söhbətdə nikbinlik və ideya mübadiləsi edə bilərsiniz.
Axşam saatları romantika dönəmidir. Yeni hiss yarana bilər. Münasibətlərdə ümumi perspektiv və planlar yaranacaq.

Buğa - yeni istiqamətdə irəliləyiş, miqyasın genişləndirilməsi, uğur əldə edilməsi imkanları var. Bu günün ideyaları məhsuldar ola bilər. Mütəhərrik, aktiv olun, təşəbbüslə çıxış edin, maraqlarınızın olduğu məkana yollanın.

Yardıma ehtiyacı olan iş yoldaşı, dost və ya tanışa dəstək olun. Səxavət göstərin, hədiyyə verin, arzuladığınız əşyanı alın.
Xərcləriniz az sonra gəlirlərlə "kompensasiya" olunacaq. Əvəzində aldığınız əşya sizi sevindirəcək.

Tanışlıq, münasibətlərin başlanması, etiraf, təklif və şəxsi həyatınızla bağlı digər önəmli qərarlar üçün yaxşı gündür.

Əkizlər - Merkuri, Venera və Ay arasındakı münasibətlər Yupiterin harmonik şərtlərini alt-üst edir. Mühüm planlarınız varsa, bu gün xüsusilə diqqətli olun. Kreativ bacarıqları nümayiş etdirmək və həyatınızın hansısa sahəsində köklü dəyişikliklər etmək üçün əla zamandır.

İşdə özünüzü bir qədər reklam edin: rəhbərlik sizin imkanlarınızdan və bacarıqlarınızdan xəbər tutsun. Daha önəmli və maraqlı nəticə əldə etmək üçün kreativ həlli arayın.
Şəxsi məsələlərin həlli üçün düşərli gündür.

Axşam saatlarında bir qədər romantik olun, çox sevdiyiniz insanın qəlbini alın, onu sevindirin.

Xərçəng - ağır şəraitdə, var qüvvənizlə, səyləri əsirgəmədən işləməli olacaqsınız. Nəticələr ciddi, önəmli ola bilər. Gözləmə mövqeyi tutanlara, səylərinizin nəticəsindən bəhrələnmək niyyətində olanlara fikir verməyin.

Bilin ki, indi perspektivə işləyirsiniz. Mövqelərinizi möhkəmləndirin, peşəkarlıq və bacarıq səviyyənizi artırın.

Səhhətinizə ciddi diqqət ayırın. Çoxdan təxirə salınmış işi görməyin, ətalətə qalib gəlməyin vaxtıdır.
Özünüzü yaxşı hiss etməyə imkan verən prosedurlara başlaya bilərsiniz.

Şir - ayın ən mühüm günlərindən biridir. Yaxın gələcəkdə çox mühüm məsələnin başlanması üçün hazırlıqlar indidən görülməlidir. Əks təqdirdə gec ola bilər. Ünsiyyət, əlaqələr və əyləncədə özünüzü məhdudlaşdırmayın.

Yeni təəssürat və informasiya vəd edən işlə məşğul olun. Poçtunuzu yoxlayın.
Çox yəqin ki, sizi maraqlı xəbər gözləyir.
Əlaqə saxlamaq istədiyiniz, amma sürəkli təxirə salıb vaxt azlığını bəhanə etdiyiniz insana o məktubu yollayın.

Axşam saatlarını dostlarla keçirmək olar.
Bəlkə imicinizi dəyişəsiniz?

Qız - baş verən dəyişikliklər və yaşanan yenilikləri dəyərləndirərək ciddi gərginlik keçirə bilərsiniz. Qarşınzda yeni imkanlar yaranır və onları dəyərləndirmək də sizdən asılıdır. Əsas məqsədə çatmaq üçün şansın mövcudluğunu hiss edirsinizsə, xırdalıqlara baş qoşmayın.

Rasional olun, işlərə və münasibətlərə praqmat münasibət bəsləyin, romantikaya aldanaraq mənfəəti əldən verməyin.
Qeyri-adi nə isə edərək özünüzü və ətrafınızdakı insanları sevindirmək vaxtıdır.

Ümumi maraqlarınız və ya gələcəklə bağlı planlarınızın olduğu insanlarla bir arada ola bilərsiniz. Belə görüşdən yan keçməmək üçün diqqətli olun.

Sonrakı yeniliklər və perspektivlərin "qaranquş"ları ola biləcək məqamları gözdən qaçırmayın.
Çoxdan gözlədiyiniz, almaq istədiyiniz əşyanı əldə edərək böyük məbləğdə pul xərcləyə bilərsiniz.

Tərəzi - perspektivlər genişlənir. Mühüm məsələni sürətlə, uğurla həll etmək olar. Anlaşma, razılaşma, gərəkli informasiyanın alınması da istisna deyil. Ətrafınızdakı insanlarla əməkdaşlıq asanlıqla, rahatlıqla alınacaq.

Ümumi maraqlar üzə çıxacaq, münaqişələr çözüləcək. Hansısa stimul sizi yola çağıra bilər.
Yaxud da sizdən uzaqda olan insanla yazışmaq, zəngləşmək mümkündür.

Həmişə çalışdığınız işi dəyişə bilərsiniz. Ünsiyyətə meyllilik sizi qonaq apara bilər.
Yaxud da qonaqlar sizə gələcəklər.

Əqrəb - bu gün və sabah sizin üçün çox mühümdür. Diqqət mərkəzində ola bilərsiniz. İşgüzar təklifin alınması istisna olunmur.

Maddi dəstək, mükafat, gəlirin artımı, hədiyyə, dəvət də mümündür. Kimsə sizə yardım edərək gərəkli insanla görüşü təşkil edə bilər. Təşəbbüskar olun.
Özünüz də kiməsə hamilik edə bilərsiniz.

Macəra və romantika axtarışları sizi cəsarətli addımlar atmağa sövq edə bilər. Amma unutmayın ki, indi verilən vədlərin çoxunu sonradan yerinə yetirmək gərəkdir.

Oxatan - aktiv, eyni zamanda bir neçə istiqamətdə işi tələb edən gündür. Qətiyyətli addım atın, görüş, danışıq və ya qərarı təxirə salmayın. İkinci dərəcəli olan bütün məsəsələləri bir kənara qoyaraq sizə yeni mövqelərə çıxmağa imkan verəcək işi tamamlayın.

Yalnız bu günə istiqamətlənməyin. Həyatınıza yeni əlaqələr, perspektivə hesablanmış imkanlar daxil edin.
Özünüzlə, xarici görkəminizlə məşğul olmağa vaxt tapın, alış-veriş edin.
Axşam saatları yüngül ünsiyyət, əyləncə üçündür.

Oğlaq - xərc tələb edən planlarınız var. Gəlir mənbələrini artırmaq və daha az vaxt sərf edərək işin effektivliyini artırmaq yollarını düşünün. Maraq dairəniz də genişlənir. Stresslər artacaq, lakin neqativ yüklü hadisələrin təsiri altına düşməyin.

Axşam saatlarında qüvvənizi bərpa etmək, daxili tarazlıq və müvazinət hiss etmək üçün tam dincəlin.
Ev işi ilə məşğul olun. İş yerində qayda yaradın.

Romantik maraqlar və hisslər bu gün arxa planda olmalıdır. Belədə sizə ehtiyacı olan insanlara daha çox diqqət ayıra bilərsiniz.
Əsas işi unutmayın.

Dolça - toplantılar, müzakirələr, təqdimatlar ola bilər. Enerjili, aktivsiniz. Perspektivdə inkişaf edəcək işin təməli indi qoyulur.

Qeydlər aparın, az sonra təfərrüatlı şəkildə müzakirə edəcəyiniz məsələ ilə bağlı razılaşma əldə edin.
Qəfil xərclər ola bilər. Məntiqli, soyuqqanlı davranın.

Şəxsi münasibətlər və maliyyə məsələlərində işləriniz düşərli ola bilər.
Tanışlıq, görüş, dostlarla təmaslar üçün uğurlu gündür.

Bəzi istiqamətlərdə perspektivlər artır. Bu şansdan mütləq yararlanın.

Balıqlar - hadisələr sürətlənir, emosional məzmunu artır. Heç nədən təlaş yaratmayın, istənilən şəraitdə uğur qazanmağın yolunu arayın. Ola bilər ki, əsas işdən yayınaraq daha vacib məsələ ilə məşğul olasınız.

Gərəkli informasiya, əlaqələr, sizə yardım edəcək insanlar peyda olur. Bir yerdə qalmayın.
Müxtəlif qurumlar və ya idarələrə müraciəti günün ikinci yarısına saxlayın.
Günün ikinci yarısında uğurlu görüş və ya tanışlıq ola bilər.

Axşam saatlarında evin qayğıları ilə məşğul olun. Qonaq qəbul etmək olar.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam