Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı - CƏDVƏL » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı - CƏDVƏL

Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı - CƏDVƏL

Müəllif: cavidan
//
15 Ekim 2020
//
//

Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı - CƏDVƏL
Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində bu günə COVID-19-la bağlı məlumat yayıb.

Məlumata görə, oktyabrın 15-də 14 şagirddə hərarət 37 dərəcədən yüksək olub.

Bu gün işçi heyətdə hərarəti 37 dərəcədən yüksək olan şəxslərin sayı iki olub.

33 şagirddə, 12 işçi heyətdə isə koronavirus aşkarlanıb.

Əyani təhsilə keçən siniflərin sayı üç, distant təhsilə keçən siniflərin sayı yeddidir.

Cəmi distant təhsilə keçirilmiş siniflərin sayı 60, məktəblərin sayı isə 37-dir.
Xəbər Lenti Giriş Populyar Reklam