Səməd Seyidov: "Avropa Şurası bir daha sübut etdi ki, Azərbaycan ilə konstruktiv əməkdaşlığa hazırdır" » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Səməd Seyidov: "Avropa Şurası bir daha sübut etdi ki, Azərbaycan ilə konstruktiv əməkdaşlığa hazırdır"

Səməd Seyidov: "Avropa Şurası bir daha sübut etdi ki, Azərbaycan ilə konstruktiv əməkdaşlığa hazırdır"

Müəllif: Kürsüm
//
26 Ocak 2013
//
//

Səməd Seyidov: "Avropa Şurası bir daha sübut etdi ki, Azərbaycan ilə konstruktiv əməkdaşlığa hazırdır"

Avropa Şurası öz Parlament Assambleyasının qış sessiyasında bir daha sübut etdi ki, Azərbaycan ilə konstruktiv əməkdaşlığa hazırdır. xeberleragentliyi.com-un məlumatına görə, bunu Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin sədri, qurumun vitse-prezidenti Səməd Seyidov şənbə günü keçirdiyi mətbuat konfransında deyib.

"Bu uğur tək Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin deyil, Azərbaycanın həyata keçirdiyi, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin uğurudur. AŞ PA-da müzakirələr bir daha göstərdi ki, Azərbaycana qarşı bu kimi cəhdlər artıq Avropanın özünə təhlükə yaratdığı üçün Avropa tərəfindən rədd olunur", - Seyidov bildirib.

O qeyd edib ki, Ştrasserin məruzəsi ilə hiyləgər məqsədlərə xidmət etməklə Azərbaycana təsir göstərmək üçün insan haqları, demokratiya kimi ali dəyərlərdən istifadə etmək cəhdi göstərildi.

Seyidov bildirib ki, bu gün Azərbaycan Parlamentinin dostluq qruplarının sayı, onun nüfuzu kifayət qədər artıb.

"AŞ PA-nın qış sessiyasından əvvəlki dövrdə Rusiya, Ukrayna, Moldova, Fransa, Böyük Britaniya, İtaliya və bir sıra digər ölkələrin parlamentləri ilə müxtəlif səviyyələrdə Azərbaycanın mövqeyinin çatdırılması ilə bağlı işlər görülüb", - o deyib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam