Tehranda göstərilən "Qatarın altına atılan qadın" tamaşası İran teatrsevərlərini valeh edib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Tehranda göstərilən "Qatarın altına atılan qadın" tamaşası İran teatrsevərlərini valeh edib

Tehranda göstərilən "Qatarın altına atılan qadın" tamaşası İran teatrsevərlərini valeh edib

//
26 yanvar 2013
//
//

Tehranda göstərilən "Qatarın altına atılan qadın" tamaşası İran teatrsevərlərini valeh edib

Xeberleragentliyi.com xəbər verir ki, Tehranda davam edən 31-ci Fəcr Beynəlxalq Teatr Festivalında Azərbaycanı təmsil edən tanınmış yazıçı-dramaturq, Əməkdar İncəsənət Xadimi Afaq Məsudun eyniadlı əsəri əsasında hazırlanmış “Qatarın altına atılan qadın” tamaşası yanvarın 25-də İran paytaxtının “Şəhər” teatr və konsert salonunda böyük maraqla izlənmişdir.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivinin təqdim etdiyi tamaşada Mişel Leqranın musiqisindən istifadə edilmişdir.

İkihissəli tragikomediyada əsas rolları əməkdar artistlər Cəfər Namiq Kamal (Xasay Dilgir), Kəmalə Hüseynova (Gültəkin Sarabskaya), Elxan Quliyev (nəzarətçi), Hicran Nəsirova (tumsatan), Kazım Abdullayev (rejissor), aktyorlar Rəşad Bəxtiyarov (qəzetsatan), Elnar Qarayev (dilənçi), əməkdar artist Kazım Abdullayev (rejissor) və Şəhla Əliqızı (rejissor köməkçisi) ifa etmişlər. Xalq rəssamı Nazim Bəyuşiyev tərəfindən rəsmiləşdirilən tamaşa Dilbər İsmayılova tərəfindən idarə olunmuşdur.

Tamaşada həyatını, ömrünün ən şirin çağlarını səhnəyə həsr etmiş bir aktrisanın səhnə həyatından sonrakı ömür yolunun acınacaqlı məqamları təsvir edilmişdir. Əsərdə aktrisanın, bir neçə klassik dramaturgiya nümunəsindəki çıxışları istisna olmaqla, əsasən, dövrün konyuktur sifarişi kimi yazılan pyeslərdə rol alması təsvir edilir. O, qarşılaşdığı haqsızlıq, düşdüyü ağır mənəvi-psixoloji gərginliklə barışa bilməyərək intihar edir. Aktrisa düşdüyü ağır vəziyyətə dözə bilmir, özünü qatarın altına atır.

Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadənin quruluş verdiyi tamaşa teatrsevərlər tərəfindən hərarətlə qarşılanmışdır. Əsərin dərin məzmunu, aktyorlarımızın peşəkar ifa tərzi və s. Azərbaycanda teatr sənətinin böyük inkişafı kimi qiymətləndirilə bilər.

Xatırladaq ki, Azərbaycanın xalq artisti Cənnət Səlimova 31-ci Fəcr Beynəlxalq teatr festivalında beynəlxalq proqramların münsiflər heyətinin üzvü kimi iştirak edir. Ötən illərdə C.Səlimovanın quruluşunda oynanılan “O olmasın, bu olsun” və “Don Raffael trambonçu” tamaşaları İranda böyük rəğbətlə qarşılanmışdır.

“Qatarın altına atılan qadın” tamaşası yanvarın 26-da “Şəhər” teatr və konsert salonunda yenidən tamaşaçıların qonağı olacaqdır.
Xəbər Lenti Giriş Populyar Reklam