Düşmən Tərtərdə avtovağzala top atdı: Ölən var - RƏSMİ » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Düşmən Tərtərdə avtovağzala top atdı: Ölən var - RƏSMİ

Düşmən Tərtərdə avtovağzala top atdı: Ölən var - RƏSMİ

Müəllif: cavidan
//
01 Ekim 2020
//
//

Düşmən Tərtərdə avtovağzala top atdı: Ölən var - RƏSMİ
İşğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində bu gün saat 09:00 radələrində Tərtər şəhər avtovağzalına düşmüş top mərmisinin qəlpələrindən 1982-cı il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlu həlak olub, avtovağzala ciddi ziyan dəyib.

Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb.
Xəbər Lenti Giriş Populyar Reklam