Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda hərbi vəziyyət elan edildi - RƏSMİ

Azərbaycanda hərbi vəziyyət elan edildi - RƏSMİ



Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclis qarşısında qaldırdığı vəsatət əsasında Azərbaycanda hərbi vəziyyət təsdiq edilib.

Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirilən brifinqdə deyib.

O bildirib ki, dövlət başçısının fərmanı ilə qərara alınıb ki, 28 sentyabr saat 00:00-dan etibarən bütün ölkə üzrə hərbi vəziyyət elan edilsin.

H.Hacıyevin sözlərinə görə, fərmanda o da bildirilir ki, bununla yanaşı, bir çox regionda komendant saatı tətbiq olunsun.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ