Dövlət Neft Fondu BMK-nın Katalizator Fonduna sərmayə yatıracaq » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Dövlət Neft Fondu BMK-nın Katalizator Fonduna sərmayə yatıracaq

Dövlət Neft Fondu BMK-nın Katalizator Fonduna sərmayə yatıracaq

Müəllif: Kürsüm
//
25 Ocak 2013
//
//

Dövlət Neft Fondu BMK-nın Katalizator Fonduna sərmayə yatıracaq

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Beynəlxalq Maliyyə Korporasiyası (BMK), Kanada və Böyük Britaniya hökumətləri ilə birgə yeni yaradılmış BMK-nın Katalizator Fonduna sərmayə yatıracaq.

ARDNF-dən xeberleragentliyi.com-a verilən məlumata görə, sözügedən fond bərpa olunan enerji mənbələrindən istifadə və iqlim dəyişikliyinin qarşısının alınması üzrə fəaliyyət göstərən fondların və bu sahəyə dair layihələrin inkişafını dəstəkləmək məqsədilə yaradılıb.

BMK-nın Aktivlərin İdarə edilməsi Şirkəti tərəfindən idarə ediləcək Katalizator Fondu təbii resurslardan səmərəli istifadəyə şərait yaradan və iqlim dəyişikliyi probleminin qarşısının alınması üzrə innovativ həll yolları təklif edən şirkətlərə artım kapitalı təmin edən fondlara sərmayə yatırılmasına imkan yaradacaq.

İlkin tranşda BMK-nın Katalizator Fondu 280 milyon ABŞ dolları məbləğində vəsaiti idarə edəcək ki, bu vəsaitin də 50 milyon ABŞ dollarının Dövlət Neft Fondu tərəfindən ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, 2010-cu ildə ARDNF BMK-nın Afrika, Latın Amerikası və Karib Fonduna 100 milyon ABŞ dolları məbləğində sərmayə yatırmışdı.

ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov bu investisiya ilə bağlı şərh verərkən bildirib: "Azərbaycan qlobal inkişafa böyük əhəmiyyət verir. Bizim neft gəlirlərindən əldə etdiyimiz gəlirlərin etibarlı investisiya layihələrinə yatırmağımızın əsas səbəblərindən biri məhz budur. Biz BMK-nın təcrübəsini və inkişaf etməkdə olan ölkə bazarlarında fəaliyyətini yüksək dəyərləndiririk və birgə həyata keçirdiyimiz investisiyaların ölkəmizin iqtisadi inkişafına və maliyyə göstəricilərinə müsbət təsir edəcəyini düşünürük. Yaxın gələcəkdə BMK-nın Aktivlərin İdarə edilməsi Şirkətinin idarə etdiyi digər fondlara investisiya imkanlarını nəzərdən keçirəcəyik".

Qeyd edək ki, Azərbaycanın suveren fondu olan Dövlət Neft Fondu 1999-cu ildə ümummilli lider Heydər Əliyevin qərarı əsasında neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün saxlanılmasını təmin etmək məqsədilə yaradılıb. 1 yanvar 2013-cü il tarixinə ARDNF-nin vəsaitlərinin ümumi həcmi 34 129,4 mln. ABŞ dolları təşkil edir.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam