Zirehli texnikalarımız hərəkətə keçdi - VİDEO » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Zirehli texnikalarımız hərəkətə keçdi - VİDEO

Zirehli texnikalarımız hərəkətə keçdi - VİDEO

Müəllif: cavidan
//
22 Eylül 2020
//
//

Zirehli texnikalarımız hərəkətə keçdi - VİDEO



Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq piyadaların döyüş maşınları (PDM), zirehli transportyorlar (ZTR) və digər döyüş maşınlarının ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ümumqoşun poliqonlarının təlim nöqtələrində zirehli texnikaların ekipajlarından ibarət şəxsi heyət atış hazırlığı üzrə normativləri yerinə yetirir.

Keçirilən təlim məşqlərinin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının artırılması, döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə edilməsi və real döyüş şəraitində tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir.
Xəbər Lenti Giriş Populyar Reklam