“Müharibə yalnız düşmənlə təmas xəttində deyil, informasiya sahəsində də aparılır” - GƏLİŞMƏ » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Müharibə yalnız düşmənlə təmas xəttində deyil, informasiya sahəsində də aparılır” - GƏLİŞMƏ

“Müharibə yalnız düşmənlə təmas xəttində deyil, informasiya sahəsində də aparılır” - GƏLİŞMƏ

Müəllif: cavidan
//
22 Eylül 2020
//
//

“Müharibə yalnız düşmənlə təmas xəttində deyil, informasiya sahəsində də aparılır” - GƏLİŞMƏ




“Müharibə yalnız düşmənlə təmas xəttində deyil, informasiya sahəsində də aparılır”.

Bunu BDU-nun Jurnalistika fakültəsinin dekanı, siyasi şərhçi Vüqar Zifəroğlu deyib. Ekspert bildirib ki, düşmənlərimiz müxtəlif forma və üsullardan istifadə edərək informasiya məkanımıza dezinformasiyalar daxil etməklə yanaşı, vətəndaşlarımız arasındakı ab-havanı da öyrənməyə çalışır, müəyyən manipulyativ xarakterli xəbərlər ötürməklə ictimai rəyi yoxlamağa səy göstərir, bilgi almaq istəyirlər:

“Bu baxımdan edilən hər paylaşıma diqqət etməliyik. Dəfələrlə qeyd etmişik ki, informasiya müharibəsi yalnız saytların dağıdılması və kiber hücumları deyil, həm də təhlükəsizliyimizin xüsusi komponentini təşkil edən informasiya məkanımıza müxtəlif yollarla müdaxiləni də nəzərdə tutur. İnformasiya müharibəsi – beyinlərə yönəlik həmlədir.

Hədəfi çaşqınlıq, inamsızlıq, psixoloji depressiya və ümidsizlik yaratmaqdır. Bildiyiniz kimi, azərbaycanlı adı ilə qeydiyyatdan keçmiş və dilimizdə fikirlərini sərbəst şəkildə ifadə etməklə özünü bizdən biri kimi təqdim etməyə, hətta qəbul etdirməyə müvəffəq olmuş kifayət qədər erməni “fake” səhifələri və profilləri var. Bu səbəbdən hər birimiz diqqətli olmalıyıq.

Şübhəli görünən profillərdən gələn mesaj və rəylərə həssas yanaşmalı, onları şikayət etməliyik. Yaşından, ixtisasından, dünyagörüşü və elmi səviyyəsindən asılı olmayaraq hər birimiz dövlətimiz və millətimiz qarşısında məsuliyyət daşıyırıq.

Bu məsuliyyəti unutmamalı, bir vətəndaş olaraq məhz bur prinsiplərdən çıxış etməliyik”.
Xəbər Lenti Giriş Populyar Reklam