Samsung ağıllı satdı, ağıllı qazandı » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Samsung ağıllı satdı, ağıllı qazandı

Samsung ağıllı satdı, ağıllı qazandı

Müəllif: Kürsüm
//
25 yanvar 2013
//
//

Samsung ağıllı satdı, ağıllı qazandı

Dərc edilmiş hesabata əsasən, 2012-ci ilin dördüncü rübündə Koreyanın elektron nəhənginin xalis mənfəəti 7,04 trilyon Koreya vonu və ya 6,6 milyard dollar təşkil edib. Şirkətin satış həcmi 1 il ərzində 18,5 faiz artaraq 56,1 trilyon dollar təşkil edib.

xeberleragentliyi.com ICTnews-a istinadən bildirir ki, rübün nəticəsinə görə, "Samsung" ən böyük mobil və "ağıllı" telefon satıcısı olaraq qalıb. Lakin son rübdə Koreya şirkətinin artım sürəti bir qədər zəifləyib və bu, bazar strukturundakı problemlərdən xəbər verir.

Müstəqil mütəxəssislərin hesablamasına görə, şirkət hesabat rübündə 110 milyon mobil telefon və 60 milyon "ağıllı" telefon satıb. Müqayisə üçün qeyd edək ki, "Apple" şirkəti müvafiq dövrdə 47,8 milyon "iPhone" satıb.
Xəbər Lenti Giriş Populyar Reklam