Abşeronda ər və arvad bellə döyüldü » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Abşeronda ər və arvad bellə döyüldü

Abşeronda ər və arvad bellə döyüldü

Müəllif: cavidan
//
18 Eylül 2020
//
//

Abşeronda ər və arvad bellə döyüldü

Abşeron rayonunda döyülmə hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

1967-ci il təvəllüdlü Tağıyev Əyyub Şakir oğlu və onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Tağıyeva Səadət Siracəddin qızı qonşuluqda yaşayan qadın ilə əlbəyaxa dava ediblər. Dava zamanı Ə.Tağıyev və S.Tağıyeva küt alətlə (bel) döyülüb.

Yaralılar müxtəlif bədən xəsarətləri ilə 3 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Xəbər Lenti Giriş Populyar Reklam