Azərbaycanda sosial ipoteka haqqında qanunun qəbul edilməsi vaxtı yenə uzandı » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Azərbaycanda sosial ipoteka haqqında qanunun qəbul edilməsi vaxtı yenə uzandı

Azərbaycanda sosial ipoteka haqqında qanunun qəbul edilməsi vaxtı yenə uzandı

Müəllif: Kürsüm
//
25 Ocak 2013
//
//

OXUNUB:315
Azərbaycanda sosial ipoteka haqqında qanunun qəbul edilməsi vaxtı yenə uzandı

xeberleragentliyi.com-un məlumatına görə, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin iclasında komitə sədri Hadı Rəcəbli bildirib.

O qeyd edib ki, bunlar Azərbaycan Prezidentinin imzası ilə Parlamentə göndərilimiş "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun layihəsi və hazırda komitə tərəfindən üzərində işlənilən "Uşaqların istirahətinin və asudə vaxtının səmərəli təşkil edilməsi haqqında" qanunvericilik aktıdır.

Rəcəbli deyib ki, bu qanun layihəsi ilə bir növ SSRİ dövründə mövcud olan pioner düşərgələrinin müasir dövrə uyğunlaşdırılmış formada bərpası nəzərdə tutulur.

"Bununla yanaşı, komitədə bir sıra qanun layihələri üzərində işlər aparılır. Onları çox güman, bu sessiya ərzində qanunvericilik işlər planına daxil etmək mümkün olmayacaq. Həmin sənədlər "Gənc ailələrin sosial müdafiəsi haqqında", "Sosial sifariş haqqında", "Sosial ipoteka haqqında" və "Reproduktiv sağlamlığın təmin edilməsi haqqında" qanun layihələridir", - komitə sədri deyib.

O bildirib ki, həmçinin komitə 3 qanunvericilik aktına dəyişikliklər məsələsini qanunvericilik işləri planına təqdim etməyi nəzərdə tutur. Bunlar "Valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna dəyişikliklərdir ki, burada da həmin kateqoriyadan olan uşaqların pulsuz təhsil alması məsələsi əks olunur.

"Digər sənəd Ailə Məcəlləsinə dəyişikliklə bağlıdır. Burada da nikaha girən cütlüklərdən tibbi arayışın tələb edilməsi məsələləsidir. Üçüncü sənəd isə "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna dəyişikliklə bağlıdır, burada ərzağın digər maddələr hesabına zənginləşdirilməsi məsələsi öz əksini tapır", - Rəcəbli deyib.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam