“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti oyuna çıxır » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Qarabağ” bu gün Çempionlar Liqasında növbəti oyuna çıxır

“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti oyuna çıxır

Müəllif: cavidan
//
16 Eylül 2020
//
//

“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti oyuna çıxır

Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyuna çıxacaq.

Bu gün Ağdam klubu 3-cü təsnifat mərhələsində Norveç "Molde"si ilə qarşılaşacaq. Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Bu cütün qalibi pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları 22-23 və 29-30 sentyabrda olacaq.

Qeyd edək ki, püşkə əsasən, matç Bakıda keçirilməli idi. Lakin "Molde" klubu Bakıdan dönüşdə Norveçdə 10 günlük karantinə alınacağını bildirərək qarşılaşmanın neytral meydanda oynanılmasını xahiş etmişdi. UEFA bu müraciəti təmin edərək görüşün sentyabrın 16-da Kiprdə keçirilməsinə qərar vermişdi.

Əlavə edək ki, ÇL-in görüşlərinə koronavirus səbəbindən azarkeşlər buraxılmır.


16 sentyabr

21:00. "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç)
Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixaylovi, Novak Simoviç (hamısı Serbiya)
"AEK Arena"
Xəbər Lenti Giriş Populyar Reklam