Nazirlikdən küçədə yatan yeniyetmə ilə bağlı açıqlama » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Nazirlikdən küçədə yatan yeniyetmə ilə bağlı açıqlama

Nazirlikdən küçədə yatan yeniyetmə ilə bağlı açıqlama

Müəllif: cavidan
//
15 Eylül 2020
//
//

Nazirlikdən küçədə yatan yeniyetmə ilə bağlı açıqlama
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi küçədə yatan 16 yaşlı yeniyetmə ilə bağlı açıqlama yayıb.

Agentlikdən verilən məlumata görə, Agentliyin nümayəndələri yeniyetmə ilə görüşərək sığınacağa yerləşdirilməsini təklif ediblər.

"Lakin Cavidin (şərti addır) bundan imtina etməsindən sonra həyati önəm daşıyan tibbi problemlərinin, zəruri müalicə və reabilitasiyaya ciddi ehtiyacının olduğunu öyrəndik. Beləliklə, Bakı şəhər Baş Polis İdarəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlarımız Cavidin (şərti addır) anası ilə də görüşərək razılığını almaqla lazımi müalicə müəssisəsinə yerləşdirdilər. Hazırda müalicə olunur. Əminik o, normal həyata sahib olacaq. Cavidin taleyinə biganə qalmayıb onun barədə məlumatı paylaşan duyarlı insanlara və onunla bağlı prosesdə iştirak edən qurumların əməkdaşlarına təşəkkür edirik!", - məlumatda qeyd edilib.
Xəbər Lenti Giriş Populyar Reklam