Sizin reklam burada
Sizin reklam burada

Tramp Əsədi öldürmək əmrini XATIRLADI

Tramp Əsədi öldürmək əmrini XATIRLADI




ABŞ prezidenti Donald Tramp Suriya lideri Bəşər Əsədi öldürmək planının olduğunu xatırlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 2018-ci ildə Dəməşq yaxınlığında dinc sakinlərə qarşı kimyəvi silahın istifadə olunması barədə xəbər aldıqdan sonra Tramp Suriya liderinin məhv olunması fikrinə düşüb.

Amma o zamanlar Pentaqon rəhbəri Ceyms Mettisin təkidi ilə o bu plandan imtina edib.

“Ceyms Mettis zəif lider və şişirdilmiş generaldır. O, İŞİD-lə mübarizədə öz vəzifələrini icra etmədi. Onun gedişindən sonra İŞİD-dən xilas olduq”-deyə Tramp jurnalistə açıqlamasında deyib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ