Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda əhalinin gəlirləri artıb - RƏSMİ

Azərbaycanda əhalinin gəlirləri artıb - RƏSMİ



İlkin mәlumatlara görә, 2020-ci ilin yanvar-avqust aylarında ölkә әhalisinin nominal gәlirlәri 36809,4 milyon manat tәşkil edib.

Xeberleragentliyi.com rəsmi göstəricilərə sitinadən xəbər verir ki, әvvәlki ilin eyni dövrünә nisbәtәn 0,1 faiz artıb. Bu dövrdә ölkәnin istehlak bazarında qiymәtlәrin artımı әhalinin gәlirlәrinin artımını 2,8 faiz bәndi üstәlәyib.

Bütün icbari vә könüllü ödәnişlәr edildikdәn sonra әhalinin sәrәncamında 33171,0 milyon manatlıq vәsait qalmışdır. 2020-ci ilin yanvar-iyul aylarında ölkә iqtisadiyyatında muzdla çalışan işçilәrin orta aylıq nominal әmәkhaqqı 2019-cu ilin müvafiq dövrünә nisbәtәn 21,7 faiz artaraq 715,4 manat tәşkil edib.

Әmәkhaqqı neft-qaz sektorunda 3509,6 manat, qeyri neft-qaz sektorunda 654,8 manat tәşkil edib. Dövlәt müәssisәlәrindә çalışan işçilәrin әmәkhaqları 628,0 manat, özәl müәssisәlәrdә isә 827,5 manat olub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ