Bakıda fəhlə 11-ci mərtəbədən yıxılıb öldü » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda fəhlə 11-ci mərtəbədən yıxılıb öldü

Bakıda fəhlə 11-ci mərtəbədən yıxılıb öldü

Müəllif: cavidan
//
15 Eylül 2020
//
//

Bakıda fəhlə 11-ci mərtəbədən yıxılıb öldü


Sentyabrın 14-də saat 10 radələrində Yasamal rayonu ərazisində inşaatı aparılan çoxmərtəbəli binada fəhlənin yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yasamal rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib:

“İlkin araşdırmalarla müəyyən olunub ki, Yasamal rayonu ərazisində “AS İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşaatı aparılan hündürmərtəbəli binada fəhlə işləyən Nəcməddin Məstəliyev həmin binanın 11-ci mərtəbəsində taxta parçalarını iplə aşağı endirərkən müvazinətini itirərək yıxılıb və nəticədə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, o cümlədən məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub”.

Rəsmi məlumata görə, hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Xəbər Lenti Giriş Populyar Reklam