Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı

Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı

Müəllif: cavidan
//
14 Eylül 2020
//
//

Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyatı prosesi 24 sentyabr tarixinədək davam edəcək.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az portalı vasitəsilə qeydiyyatdan keçərək övladının məktəbəhazırlıq qrupuna cəlb olunması üçün seçdikləri uyğun məktəbə sorğu yerləşdirə bilərlər.

Qeyd edək ki, qeydiyyat prosesinə avqustun 18-dən start verilib. 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olan uşaqlar cəlb olunacaqlar.
Xəbər Lenti Giriş Populyar Reklam