Azərbaycanda 15 yaşlı oğlan qohumunu baltalayıb » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Azərbaycanda 15 yaşlı oğlan qohumunu baltalayıb

Azərbaycanda 15 yaşlı oğlan qohumunu baltalayıb

Müəllif: Kürsüm
//
25 Ocak 2013
//
//

OXUNUB:194
Azərbaycanda 15 yaşlı oğlan qohumunu baltalayıb

Lənkəran rayonunda yetkinlik yaşına çatmayan şəxs dəhşətli cinayət törədib. Rayon Polis Şöbəsindən xeberleragentliyi.com-a verilən məlumata görə, Seyidəkəran kəndində 1997-ci il təvəllüdlü Əliyev Mirsəməd Loğman oğlu əmisi oğlu, 1982-ci il təvəllüdlü Əliyev Mehdi Bağır oğlunu baltalayıb. 16 yaşı tamam olmamış M.Əliyev balta ilə qohumuna ağır xəsarətlər yetirib. Zərbələrdən ən ağırı 31 yaşlı M.Əliyevin başına tuş gəlib. O ağır vəziyyətdə, Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.

Hadisəni törətmiş yeniyetmə polis tərəfindən yaxalanıb. Onun yaxın qohumunu konkret hansı səbəbdən baltaladığı bəlli olmasa da, hadisənin şəxsi münasibətlər zəmində törədildiyi bildirilir.

Faktla əlaqədar araşdırmalar davam etdirilir.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam