Koronavirusa qarşı peyvənd olundu, virusa yoluxdu » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Koronavirusa qarşı peyvənd olundu, virusa yoluxdu

Koronavirusa qarşı peyvənd olundu, virusa yoluxdu

Müəllif: cavidan
//
11 Eylül 2020
//
//

Koronavirusa qarşı peyvənd olundu, virusa yoluxdu


İndoneziyada Çin şirkətinə aid kornavirus peyvəndi vurulan könüllü virusa yoluxub.

“Haber Global” məlumat verir ki, o, İndoneziyada avqustun 11-də “CoronaVac” adlı peyvənd vurulan iki min nəfərdən biri olub.

Bildirilib ki, könüllü şəxs peyvənddən sonra bədəninin immunitet qazanması üçün evdə müəyyən müddət qalma protokollarına riayət etmədən, şəhərlərarası səyahətə çıxdığına görə virusa yoluxub.

Peyvəndin Klinik Sınaq Mərkəzinin direktoru, professor Kusnandi Rusmil deyib ki, sözügedən şəxs peyvənd testindən virusa yoluxmayıb.

O qeyd edib ki, peyvəndin ikici test mərhələsində immunitet üçün iki həftə, könüllülərin sağlamlığı üçün altı ay gözləməyə ehtiyac var.
Xəbər Lenti Giriş Populyar Reklam