Sizin reklam burada
Sizin reklam burada

Milli Məclisin sədri Türkiyədə səfərdədir

Milli Məclisin sədri Türkiyədə səfərdədir


Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Türkiyəyə ilk rəsmi səfəri olub.

Baş tutan səfərdə Azərbaycan nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisi sədrinin vəkili Süreyya Sadi Bilgiç qarşılayıb və onlar arasında görüş olub.

Tərəflər Azərbaycan və Türkiyə parlamenti haqqında fikir mübadiləsi aparıblar, hər iki ölkə arasındaki münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bildiriblər.

S. Qafarova Azərbaycan Parlamentinin nümayəndə heyətini Türkiyə tərəfinə təqdim edib.

Qeyd edək ki, səfər çərçivəsində S.Qafarovanın bu gün Türkiyənin Ticarət naziri Rühsar Pekcanla görüşü də nəzərdə tutulub.

Səfər sentyabrın 12-də başa çatacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ