Teatr əməkdaşlığına start verildi » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Teatr əməkdaşlığına start verildi

Teatr əməkdaşlığına start verildi

Müəllif: Kürsüm
//
25 yanvar 2013
//
//

Teatr əməkdaşlığına start verildi

British Council Mədəniyyət və Turizm Nazirliyi ilə mədəni əməkdaşlıq çərçivəsində “Teatr əməkdaşlığı” layihəsinə start verib. xeberleragentliyi.com-un məlumatına görə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Akademik Dram Teatrı, Yuğ Teatrı, Bakı Pantomima Teatrı və Rus Dram Teatrı kimi dövlət və özəl teatrları ilə əməkdaşlığı əhatə edəcək layihənin əsas məqsədi bir qrup gənc aktyor və texniki heyətin (işıq, səs) bacarıq və peşəkarlığını beynəlxalq standartlar səviyyəsində təkmilləşdirməyə kömək etməkdir.

Layihə Birləşmiş Krallığın mütəxəssislərinin həyata keçirdiyi təlim proqramı vasitəsilə Azərbaycan peşəkar teatrlarında gənc aktyorların və səhnəarxası heyətin peşəkarlıq səviyyəsinin bacarıqlarının gücləndirilməsinə istiqamətləndirib. Təlim və təcrübə mübadiləsi yolu ilə, Azərbaycanın bir qrup teatr işçisi nümunə olacaq teatr qrupunu formalaşdıracaq, yerli teatr məktəblərinə, tendensiya və üslublarına təsir göstərəcək və Azərbaycan teatrının beynəlxalq teatr səhnəsinə inteqrasiyasını daha da genişləndirəcək.

Layihə çərçivəsində ilk təlim 20 illik təcrübəyə malik peşəkar işıqlandırma dizayneri Maykl Manyon tərəfindən 4-6 fevral 2013-cü il tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycanın müxtəlif teatrlarını təmsil edən işıqlandırma dizaynerləri üçün keçiriləcək.

Layihə çərçivəsində ikinci təlim peşəkar teatr rejissoru Yan Vilyem Van Den Boh tərəfindən 11-15 fevral 2013-cü il tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc aktyorları üçün keçiriləcək.

Onu da qeyd edək ki, “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq ölkə teatrlarında çalışan kadrların ixtisaslarının təkmilləşdirilməsi prosesi davam etməkdədir. Bu məqsədlə 26-31 yanvar tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının və Dövlət Rus Dram Teatrının işıq və səs mütəxəssisləri Beynəlxalq Teatr İnstitutu tərəfindən keçiriləcək treninqdə iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin Əl Füceyra şəhərinə ezam olunacaqlar.
Kelenna 24 dekabr 2016 20:02
Hallo Willi,ich behalte erstmal die S625x, ist frisch vom Service zurück und macht was sie soll. Ist zwar auch kein Desdignwunier, aber für den Alltag habe ich mir jetzt eine klassiche Automatikuhr gegönntLGDet

Xəbər Lenti Giriş Populyar Reklam
Neft ucuzlaşdı Bu gün, 11:06Neft ucuzlaşdı