“Bunun məsuliyyətini Azərbaycan hökuməti daşıyır” » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » “Bunun məsuliyyətini Azərbaycan hökuməti daşıyır”

“Bunun məsuliyyətini Azərbaycan hökuməti daşıyır”

Müəllif: Anar
//
25 yanvar 2013
//
//

“Bunun məsuliyyətini Azərbaycan hökuməti daşıyır”

Sədərək və Binə ticarət mərkəzlərində baş verən kütləvi aksiyalar, güc strukturları tərəfindən sahibkarlara göstərilən təzyiqlər və onların həbs olunması müzakirə olunan məsələlər arasında olub.

Blokun üzvü Razi Abasbəyli bildirib ki, Binədə və Sədərərkdə baş verən hadisələrə iqtisadi yox siyasi konteksdən yanaşmaq lazımdır: “Bu ticarət mərkəzilərində sahibkarların haqqı rəhbərlik tərəfindən pozulub. İnsanlardan hər ay müxtəlif adlarla küllü miqdarda pullar yığılır. Orta sahibkarlıq bu yollarla əzilir, inkişaf etmir. İndi məlum olur ki, bu pullardan dövlət büdcəsinə heç nə daxil olmayıb”. Binə hadisələri bir daha sübut etdi ki, Azərbaycan iş mühiti üçün azad ölkələr siyahısına aid deyil. Bunun məsuliyyətini Azərbaycan hökuməti daşıyır”.

Blok üzvləri bu cür hadisələrdə Həmkarlar İttifaqlarının rolunu vurğulayıb: “Sahibkarların mütləq Həmkarlar Təşkilatı olmalıdır. Azərbaycanda həmkarlar konfederasiyası fəaliyyət göstərir. Həmin təşkilat sahibkarların hüquqlarını qorumalıdır. Azərbaycan həmkarlar ittifaqı siyasiləşib. Bu məsələdə susqun dayanıb. Buna görə də özəl və azad həmkarlar təşkilatları yaradılmalıdır.”

İclasda həmçinin Azərbaycanda iqtisadi monopoliyanın mövcudluğu və onun ağır nəticələri haqqında fikirlər söylənilib. Qarabağ Bloku monopoliya səbəbindən ağır şəraitdə fəaliyyət göstərən orta və kiçik sahibkarların haqqının tapdalanmasını, onların həbs olunmasını və işgəncələrə məruz qalmasını pisləyir.

Toplantının gündəliyinə Rüstəm İbrahimbəyov və onun təmsil olunduğu Ziyalılar Forumu üzvlərinə qarşı hakimiyyətin aqressiv münasibəti daxil edilib.

Paytaxtın Nobel prospektindəki yeni avtodayanacaq tikintisində baş vermiş qəza haqqında deyilən fikirlərdə isə bu sektora nəzarət edən FHN tənqid edilib.

Toplantıda Seçkiqabağı şərait, Rusiyadan Ermənistana silah daşınması və Suriya məsələləri müzakirə olunub.
Xəbər Lenti Giriş Populyar Reklam
Manatın YENİ MƏZƏNNƏSİ 19-10-2018, 18:03Manatın YENİ MƏZƏNNƏSİ