Sizin reklam burada
Sizin reklam burada

Heydər Əliyev Fondunun ismayıllılara daha bir hədiyyəsi

Heydər Əliyev Fondunun ismayıllılara daha bir hədiyyəsi



Ölkə başçısı İlham Əliyevin diqqəti və qayğısı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində İsmayıllı rayonunda xeyli işlər görülüb. Rayonda yeni məktəblər tikilir, əsaslı təmir edilir, təhsil müəssisələri yeni avadanlıqlarla təchiz edilir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllı rayonunda Natiq Behdiyev adına 6 nömrəli tam orta məktəbin qəzalı binası sökülərək yenisi inşa olunur. 1984-cü ildə tikilən məktəb 360 yerlik olub. Şəhərdə şagird sıxlığı nəzərə alınaraq yeni bina 3 mərtəbəli olmaqla 720 yerlik nəzərdə tutulub. Müasir layihə əsasında inşa edilən təhsil ocağının tikintisinə bu ilin iyul ayında başlanılıb, hal-hazırda beton işləri görülür. Noyabr ayının sonuna istifadəyə verilməsi planlaşdırılıb.


Layihəyə əsasən məktəbdə akt zalı, fənn kabinetləri, kompyuter otaqları, laboratoriyalar, idman zalı, yeməkxana, eləcə də idmanın müxtəlif növləri üzrə açıq meydançalar inşa ediləcəkdir.
Heydər Əliyev Fondunun ismayıllılara daha bir hədiyyəsi
Heydər Əliyev Fondunun ismayıllılara daha bir hədiyyəsi
Heydər Əliyev Fondunun ismayıllılara daha bir hədiyyəsi
Heydər Əliyev Fondunun ismayıllılara daha bir hədiyyəsi
Heydər Əliyev Fondunun ismayıllılara daha bir hədiyyəsi
Heydər Əliyev Fondunun ismayıllılara daha bir hədiyyəsi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ