4 nazir istefaya göndərildi » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » 4 nazir istefaya göndərildi

4 nazir istefaya göndərildi

Müəllif: Anar
//
25 yanvar 2013
//
//

4 nazir istefaya göndərildi

Türkiyədə dörd nazir vəzifəsindən istefaya göndərilib. Xeberleragentliyi.com-un Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanın görüşündən sonra yazılı açıqlamada bildirilib. Açıqlamaya əsasən, İdris Naim Şahin, Ertoğrul Günay, Ömər Dinçər ve Rəcəb Ağdağ tutduqları vəzifələrdən azad ediliblər.

Məlumatda bildirilib ki, daxili işlər naziri vəzifəsinə Müəmmar Gülər, mədəniyyət və turizm naziri vəzifəsinə Ömər Çəlik, təhsil naziri vəzifəsinə Nəbi Avcı və səhiyyə naziri vəzifəsinə Mehmet Müəzzinoğlu təyin olunublar.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam