Prezident İlham Əliyev: “Ölkəmiz regional enerji təhlükəsizlik sistemində xüsusi rol oynayır” » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Prezident İlham Əliyev: “Ölkəmiz regional enerji təhlükəsizlik sistemində xüsusi rol oynayır”

Prezident İlham Əliyev: “Ölkəmiz regional enerji təhlükəsizlik sistemində xüsusi rol oynayır”

Müəllif: Kürsüm
//
24 Ocak 2013
//
//

Prezident İlham Əliyev: “Ölkəmiz regional enerji təhlükəsizlik sistemində xüsusi rol oynayır”

Yanvarın 24-də Davosda Dünya İqtisadi Forumunun “Neft və qaz idarəçilərinin toplantısı” mövzusunda sessiyası keçirilib. xeberleragentliyi.com-un AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sessiyada iştirak edib.

Dünyada neft və qaz sahəsində tanınmış mütəxəssislərin iştirak etdiyi sessiyada prezident İlham Əliyev Azərbaycanın neft-qaz sektorunda kibertəhlükəsizliyin və ümumilikdə təhlükəsizliyin təmin olunması mövzusunda çıxış edib.
Dövlət başçısı uzun illərdir Azərbaycanın qlobal enerji layihələrində iştirakına diqqət çəkərək ölkəmizin bu sahədə qazandığı uğurlardan danışıb.

Prezident İlham Əliyev Azərbaycanda bu sahədə təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunduğunu bildirdi və uzun illərdir ölkəmizdə bununla bağlı hər hansı bir problemin yaranmadığını diqqətə çatdırıb.

Azərbaycanın regional enerji təhlükəsizlik sistemində xüsusi rol oynadığını vurğulayan dövlət başçısı bu sahədə ölkəmizdə görülən işlərdən, bütövlükdə gələcəkdə həyata keçiriləcək tədbirlərdən danışıb.
Xəbər Lenti Giriş Populyar Reklam