Sizin reklam burada
Sizin reklam burada

Təhsil naziri yeni tədris ilinə hazırlıq işlərindən danışdı

Təhsil naziri yeni tədris ilinə hazırlıq işlərindən danışdı

Təhsil Avqustun 20-də Təhsil naziri Emin Əmrullayev Bakı və regionlarda yerləşən özəl təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə videokonfrans keçirib.

Təhsil Nazirliyindən Xeberleragentliyi.com a bildirilib ki, görüşdə Təhsil naziri koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Müxtəlif təkliflər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib.

Görüş zamanı çıxış edən özəl təhsil müəssisələrinin rəhbərləri yeni tədris ili ilə bağlı fikirlərini bildiriblər. Həmçinin təklif olunan modellər haqqında müzakirələr aparılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ