“Əsli və Kərəm” 25 il sonra səhnədə » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » “Əsli və Kərəm” 25 il sonra səhnədə

“Əsli və Kərəm” 25 il sonra səhnədə

//
24 yanvar 2013
//
//

“Əsli və Kərəm” 25 il sonra səhnədə


Akademik Opera və Balet Teatrının səhnəsində dahi Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operasının yeni quruluşda premyera tamaşası olub. Teatrın mətbuat xidmətindən xeberleragentliyi.com-a verilən məlumata görə, 25 illik fasilədən sonra teatrın repertuarına qayıdan bu tamaşa ölkə ictimaiyyətinin böyük marağına səbəb olaraq geniş tamaşaçı auditoriyası toplayıb. Teatr rəhbərliyi və tamaşanın yaradıcı heyəti yeni quruluşu həyata keçirərkən operanın stenoqrafiyasını imkan daxilində ilkin varianta yaxınlaşdırmağı qarşılarına məqsəd qoyub.

Tamaşada əsas partiyaları gənc və istedadlı xanəndələr – respublika muğam müsabiqəsinin laureatları Arzu Əliyeva (Əsli) və Elnur Zeynalov (Kərəm) ifa ediblər. Tamaşada həmçinin xalq artisti Şahlar Quliyev (Keşiş), əməkdar artistlər Sabir Əliyev (Şah), Nizami Bağırov (Paşa), solistlər Nəzər Bəylərov (Sofi), Mütəllim Dəmirov (Şeyx) iştirak ediblər.

Yeni quruluşun musiqi rəhbəri və dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, rəssamı – əməkdar mədəniyyət işçisi Yusif Babayevdir
Xəbər Lenti Giriş Populyar Reklam
Cəbhədən yeni xəbər Bu gün, 10:03Cəbhədən yeni xəbər