Kafe və restoranlar açılmalıdır – RƏSMİ AÇIQLAMA » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Kafe və restoranlar açılmalıdır – RƏSMİ AÇIQLAMA

Kafe və restoranlar açılmalıdır – RƏSMİ AÇIQLAMA

Müəllif: cavidan
//
14 Ağustos 2020
//
//

Kafe və restoranlar açılmalıdır – RƏSMİ AÇIQLAMA




Artıq 3 aya yaxındır ki, kafe və restoranların fəaliyyəti müxtəlif qaydalar tətbiq edilməklə, demək olar ki, bağlanıb.

Qazet.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində kafe və restoranların açılacağı barədə məlumat verilib.

Bununla bağlı Qazet.az-a açıqlamasında millət vəkili Fazil Mustafa da kafe və restoranların açılmasında heç bir narahatlıq olmadığını qeyd edib.

“Hazırda sahibkarlar ağır vəziyyətdədir. Buna görə də kafe və restoranlar açılmalıdır. Biznesi öldürmək olmaz. Sahibkarlar müştərilərdən məsuliyyətli olmalarını tələb etməlidir ki, sosial məsafəni qorusunlar. Mən Milli Məclisdə çıxışımda da qeyd etdim – açıq havada ərazisi böyük olan, sosial məsafəyə əməl edən kafe və restoranlar açılmalıdır. Çimərlik və avtobuslardakı sıxlıq müəyyən qədər problem yaradır. Yenə də qoruyucu vasitələrdən istifadə olunmalııdr. Bununla da vəziyyəti tənzimləmək olar. Sosial məsafəni gözləməklə kafe və restoranların açılmasnda heç bir narahatlıq yoxdur”, – deyə F.Mustafa bildirib.

Operativ Qərargahın sonuncu brifinqdə də qeyd olunub ki, növbəti həftə, yəni 3 gün sonra kafe və restoranlar fəaliyyətini bərpa edə bilər.

Qazet.az-ın əldə etdiyi məlumata görə, mövcud vəziyyət araşdırılır və koronavirusla bağlı müvafiq statistika nəzərə alınmaqla, mütəxəssislərin yaxın vaxtlarda kafe və restoranlarla bağlı qərar qəbul edəcəyi bildirilir.

Xəbər Lenti Giriş Populyar Reklam