Yoluxma artır, sərt karantin qayıda bilər - Açıqlama » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Yoluxma artır, sərt karantin qayıda bilər - Açıqlama

Yoluxma artır, sərt karantin qayıda bilər - Açıqlama

Müəllif: cavidan
//
13 Ağustos 2020
//
//

Yoluxma artır, sərt karantin qayıda bilər - Açıqlama

Son iki gündə yoluxma sayının artması karantin davranış qaydalarına əməl edilməməsi ilə bağlıdır.

Bunu Axar.az-a professor Adil Qeybulla son 2 gündə ölkəmizdə koronavirusa yoluxmada artım müşahidə olunmasının karantinin yenidən sərtləşməsinə səbəb olub-olmayacağı barədə danışarkən deyib. O bildirib ki, avqust ayında bununla bağlı mənzərə tam aydınlaşacaq:

“Yoluxma sayının artması davranışlara bağlıdır. İnsanlar qapalı məkanlarda maskadan istifadə etmirlər. Maskası olanlar da ya burundan aşağıda, ya da əllərində saxlayırlar. Xəstəliyin indi subklinik formasında gəzənlər çoxdur. Çünki virus xeyli zəifləyib. Lakin maksimum dərəcədə diqqətli olmaq lazımdır”.

Qeyd edək ki, iki gün öncə günlük 79-a qədər geriləyən yoluxma sayı ötən gün 93-ə qalxıb.
Xəbər Lenti Giriş Populyar Reklam