Tünzalə Ağayeva ilə Novruz mahnısını yaradaq » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Tünzalə Ağayeva ilə Novruz mahnısını yaradaq

Tünzalə Ağayeva ilə Novruz mahnısını yaradaq

//
24 Ocak 2013
//
//

Tünzalə Ağayeva ilə Novruz mahnısını yaradaq


Hər birimiz bayramları fərqli keçirməyə çalışırıq. Ailəmizlə, dostlarımızla müxtəlif məkanlarda toplaşırıq, müxtəlif musiqi repertuarı seçirik, fərqli əyləncə üsulları fikirləşirik, ölkə içində və xaricdə bir-birindən maraqlı yerlər seçirik bayramları qeyd etmək üçün. Həyatın bir gününün yaddaqalan olması üçün adam daha nələr eləməz ki?

Bu bayram plan qurmağa tələsməyin. Çox orijinal bir təklif var. Özü də kimdən? Sevimli müğənnimiz Tünzalə Ağayevadan. Tünzalə xanım qarşıdan gələn Novruz bayramını özünəməxsus qeyd etməyi planlaşdırır. Musiqiçi nə edə bilər? Əlbəttə, musiqi bəstələyər. Tünzalə xanım Novruz bayramına həsr olunmuş, hamının əzbər biləcəyi bir mahnı üzərində işləməyə başlayır. Amma müğənni deyir ki, bu iş ictimaiyyətə təqdim olunmaya da bilər. Axı niyə?

Belə ki, Tünzalə xanım bu mahnının yaranmasında hamının iştirak etməsini arzulayır. Hamı – yaşından, cinsindən, sosial statusundan, harada yaşamasından asılı olmayaraq, hər bir adam bu mahnının yaranmasına öz töhfəsini verə bilər.

Sizin də Novruz bayramı ilə bağlı çox sevdiyiniz, tez-tez eşitmək istədiyiniz gözəl bir söz var? Onda artıq gözləməyin yeri yoxdur. Sadəcə novruzmahnisi.com saytına və ya Tünzalə Ağayevanın Facebook səhifəsinə baş çəkin və Novruz bayramı ilə bağlı ən sevdiyiniz sözü sistemə daxil edin. Və Tünzalə xanımın möhtəşəm mahnısı sayəsində sevdiyiniz sözü bir ömür boyu doya-doya eşidin!

Bayramınız mübarək!
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam