Korona xəstəsi Bakıdan qaçmaq istədi, tutuldu » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Korona xəstəsi Bakıdan qaçmaq istədi, tutuldu

Korona xəstəsi Bakıdan qaçmaq istədi, tutuldu

Müəllif: cavidan
//
13 Ağustos 2020
//
//

Korona xəstəsi Bakıdan qaçmaq istədi, tutuldu


Yaşayış yerini tərk edərək digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaradan virusa yoluxmuş daha bir nəfər məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə COVİD-19 infeksiyasına yoluxmuş şəxsin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avqustun 11-də saat 18 radələrində virusa yoluxmuş İsmayıllı rayon sakini A.Hüseynov karantin rejimi qaydalarını pozaraq idarə etdiyi “Mersedes” markalı avtomobillə Bakı şəhərindən Şamaxı rayonu istiqamətində hərəkət edərkən Bakı-Şamaxı yolunun 31-ci kilometrliyində xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postda saxlanılıb.

Polis əməkdaşları onu Təcili Tibbi Yardım stansiyasının həkimlərinə təhvil veriblər.

Xəbər Lenti Giriş Populyar Reklam