Sizin reklam burada
Sizin reklam burada

Sosial müavinət və təqaüdlərin təyinatı sistemi tam proaktiv qaydada qurulacaq

Sosial müavinət və təqaüdlərin təyinatı sistemi  tam proaktiv qaydada qurulacaq



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu il daha 4 müavinətin
təyinatının elektronlaşdırılması təmin olunacaq. Ümumən sosial müavinət və təqaüdlərin
təyinatı sistemi tam proaktiv qaydada qurulacaq və bu proses gələn il başa çatdırılacaq.
Ötən ildən başlayaraq 21 sosial təminat növünün (2 pensiya və 19 müavinət-
təqaüd növünün) elektron təyinat sistemləri yaradılıb.
Nəticədə həmin pensiya, müavinət və təqaüdlər onları almağa hüququ yaranmış
vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac olmadan,
məmur-vətəndaş təması baş vermədən elektron qaydada təyin edilir. Bu ilin 6 ayında 53
min şəxsə pensiya, müavinət və təqaüdlər e-qaydada təyin olunub

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ