Sizin reklam burada
Sizin reklam burada

Teleaparıcıya nazirlikdə vəzifə verildi

Teleaparıcıya nazirlikdə vəzifə verildi

Məşhur jurnalist Murad Həşimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Bu barədə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb.

Qeyd edək ki, M.Həşimov daha əvvəl “Mədəniyyət” kanalında “Xəbərlər”, “İnterAz” televiziyasında “Səhər xəbərləri” proqramlarının, “Araz” FM radiosunda “Səhər” buraxılışının aparıcısı işləyib. Son təyinata qədər isə ARB TV-də "Yaşamaq Gözəldir" və "Günə Doğru" proqramlarının aparıcısı idi.

Ötən il televiziya sahəsində fəaliyyətinə görə dövlət başçısı tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ