Sürücülük vəsiqəsi almaq üçün imtahanlara nəyə görə hər dəfə pul vermək lazımdır? » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Sürücülük vəsiqəsi almaq üçün imtahanlara nəyə görə hər dəfə pul vermək lazımdır?

Sürücülük vəsiqəsi almaq üçün imtahanlara nəyə görə hər dəfə pul vermək lazımdır?

Müəllif: Kürsüm
//
24 yanvar 2013
//
//

Sürücülük vəsiqəsi almaq üçün imtahanlara nəyə görə hər dəfə pul vermək lazımdır?

"Sürücülük vəsiqəsi almaq üçün imtahan vermək qaydalarına dəyişiklik edilib. İndi hər dəfə imtahan verdikdə 10 manat vermək tələb olunur. Lakin əvvəllər pulsuz idi. Dövlət rüsumunun artırılması nə ilə əlaqədardır?"

Məsələyə münasibət bildirmək üçün saytın əməkdaşı Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlayıb. Onun sözlərinə görə, "Dövlət rüsumu haqqında" qanunda edilən dəyişikliklər yanvarın 1-dən qüvvəyə minib.

"Əvvəllər sürücülük vəsiqəsi almaq istəyən şəxslər 20 manat dövlət rüsumu ödəyirdilər. Təkrar imtahanlarda pul alınmırdı. İllər ərzində imtahandan keçməyən şəxslər yenidən imtahan verirdilər. Bu pulsuz idi. Mənim fikrimcə, bu dəyişikliklərin edilməsində məqsəd odur ki, bir dəfə imtahandan keçə bilməyən insanlar ikinci dəfə yenidən hazırlıqsız getməsinlər imtahana. İndi onlar imtahana daha ciddi hazırlaşacaqlar", - o qeyd edib.
Xəbər Lenti Giriş Populyar Reklam