Sizin reklam burada
Sizin reklam burada

Polşadan Belarus çağırışı: Fövqəladə sammit...

Polşadan Belarus çağırışı: Fövqəladə sammit...

Polşanın Baş naziri Mateuş Moravetski Avropa Birliyinin Belarusda prezident seçkisindən sonrakı vəziyyətə həsr olunmuş sammitinin keçirilməsi təşəbbüsünü irəli sürüb.

Xeberleragentliyi.com xəbər verir ki, müvafiq bəyanat Polşa hökumətinin rəsmi saytında dərc edilib.

“Polşa yaxın qonşularına görə cavbdehlik daşıyır. Buna görə Baş nazir Mateuş Moravetski Avropa Şurasının rəhbəri Çarlz Mişelə və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə məktub ünvanlayıb. Müraciətdə Belarusdakı hadisələrlə əlaqədar AB-nin fövqəladə sammitinin keçirilməsinə dair çağırış öz əksini tapıb”, – bəyanatda deyilib.

Qeyd edək ki, ötən gün Belarusda baş tutan prezident seçkilərində hazırkı prezident Aleksandr Lukaşenko qalib gəlib. Buna etiraz edən müxaliflər isə Minskdə aksiyalar təşkil edib.

Aksiyalarda toqquşma yaşanıb və bir nəfər həlak olub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ