Bakıda polis onu bıçaqlayan oğrunu güllələdi » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda polis onu bıçaqlayan oğrunu güllələdi

Bakıda polis onu bıçaqlayan oğrunu güllələdi

Müəllif: cavidan
//
09 Ağustos 2020
//
//

Bakıda polis onu bıçaqlayan oğrunu güllələdi


Bakıda polisə soyuq silahla xəsarət yetirilib.

Report-un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, polis əməkdaşı oğurluq edən şəxsi yaxalayan zaman cinayətkar ona bıçaq zərbəsi endirib. Nəticədə polis həyatını qorumaq və oğurluq edən şəxsin ərazidən qaçmasının qarşısını almaq üçün öncə havaya, daha sonra ona atəş açıb.

Ayağından güllə yarası alan 1994-cü il təvəllüdlü Elşad Əsədov və hüquq mühafizə orqanın əməkdaşı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Hazırda hər iki şəxs həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.
Xəbər Lenti Giriş Populyar Reklam