Sizin reklam burada
Sizin reklam burada

Sumqayıtda hamilə qadın dənizdə BOĞULDU (YENİLƏNİB)


Sumqayıtda hamilə qadın dənizdə BOĞULDU (YENİLƏNİB)
Sumqayıtda dənizdə boğularaq ölən qadının kimliyi müəyyənləşib.

Unikal.org xəbər verir ki, o, 1987-ci il təvəllüdlü Əhmədova Şəhanə Sərzalı qızıdır.

Hadisə yerinə xilasetmə briqadası cəlb olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

***

01:09

Sumqayıtda dəniz daha bir can alıb.

Unikal.org xəbər verir ki, hadisə ötən gün axşam saatlarında şəhərin Sahil küçəsində yerləşən çimərliklərdən birinin ərazisində qeydə alınıb. Boğulmaqda olan qadın sudan çıxarılsa da onu xilas etmək mümkün olmayıb və dünyasını dəyişib. Onun 4 aylıq hamilə olduğu bildirilir.

Mərhumun meyiti müayinə üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ