Sizin reklam burada
Sizin reklam burada

Cəlilabadda dağlıq ərazidə baş verən yanğın söndürüldü

Cəlilabadda dağlıq ərazidə baş verən yanğın söndürüldü

Cəlilabad rayonunun Seyidbazar kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə 16 ha sahədə kol-kos və ağaclıq yanıb.

Axar.az FHN-ə istinadən xəbər verir ki, meşə zolağı yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Cəlilabad Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları və yerli sakinlər cəlb olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ