Fransanın Livana qayıtması üçün onlayn petisiya » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Fransanın Livana qayıtması üçün onlayn petisiya

Fransanın Livana qayıtması üçün onlayn petisiya

Müəllif: cavidan
//
06 Ağustos 2020
//
//

Fransanın Livana qayıtması üçün onlayn petisiya


Bır sıra KİV-lər xəbər verir ki, Fransa prezidenti Makronun Livana səfəri ilə eyni vaxtda minlərlə livanlı onlayn petisiya imzalayaraq, Fransanı növbəti 10 il ərzində ölkələrini yenidən nəzarətə götürməyə çağırıblar.

Müraciətdə deyilir: “Livan rəsmiləri təhlükəsizliyin təmin edilməsində və ölkəni idarə etməkdə tamamilə səriştəsiz olduqlarını açıq şəkildə göstəriblər. Uğursuz bir sistem, korrupsiya, terrorizm və yaraqlıların tüğyan etməsi ilə ölkə son nəfəsinə çatıb”.

Bununla belə, xəbər hazırlananadək sözügedən petisiyanı 48 min nəfər imzalasa da, sosial mediada bir sıra tənqilərlə də üzləşib.

Qeyd edək ki, Livan 1943-cü ildə müstəqilliyini əldə edib.
Xəbər Lenti Giriş Populyar Reklam