Azərbaycan və İran arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycan və İran arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və İran arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub

Müəllif: cavidan
//
06 Ağustos 2020
//
//

Azərbaycan və İran arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə İran İslam Respublikasının Kooperasiya, Əmək və Sosial Rifah naziri Məhəmməd Şəriətmədari arasında videokonfrans formatında görüş olub.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin keçirdikləri görüşlərin və qarşılıqlı rəsmi səfərlərinin iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
S.Babayev ölkəmizdə əmək, məşğulluq sosial müdafiə sahəsində aparılan islahatları, vətəndaş rifahının təminatı istiqamətində atılan ardıcıl addımları, sosial sahədə innovativ layihələri diqqətə çatdırıb. Pandemiya dövründə Azərbaycanda əhalinin sağlamlığının qorunması sahəsində mühüm işlərin aparıldığını bildirən nazir bu dövrdə ölkədə reallaşdırılan geniş miqyaslı iqtisadi və sosial dəstək tədbirləri barədə ətraflı məlumat verib. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq sosial müdafiə və aktiv məşğulluq proqramlarının əhəmiyyətli dərəcədə genişləndirildiyini diqqətə çatdırıb.
Görüşdə S.Babayev Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirdiyini vurğulayıb. O, iyulun 12-də Ermənistanın atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozaraq Tovuz istiqamətindəki mövqelərimizi atəşə tutaraq ələ keçirməyə çalışdığını, 1 nəfəri general olmaqla 11 hərbçimizin, eyni zamanda, 1 mülki şəxsin şəhid olduğunu bildirib. Nazir Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin bu hücumunun da sərrast cavab atəşləri və əks-hücumla dəf edildiyini deyib. Qeyd edib ki, Ermənistanın bu hərbi təxribata əl atmaqla münaqişəyə digər region ölkələrini və üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etmək cəhdi də iflasa uğradı. Bu hadisələr nəticəsində bütün dünya bir daha Ermənistanın təcavüzkar mövqeyinin, münaqişənin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllində maraqlı olmadığının şahidi oldu.
İki nazirlik arasında imzalanmış Anlaşma Memorandumunun ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətini vurğulayan S.Babayev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda yaradılacaq beynəlxalq statuslu Əmək Mərkəzindən də bəhs edib. O, bu Mərkəzin həm İƏT çərçivəsində, həm də ikitərəfli formatda əməkdaşlıqda önəmli rol oynayacağını deyib.
M.Şəriətmədari İran tərəfinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və ölkəmizin ərazi bütövlüyünə xüsusi dəyər verdiyini, regionda sabitliyin qorunmasının tərəfdarı olduğunu vurğulayıb. O, eskalasiya ilə bağlı təəssüfünü ifadə edib, yüksək rütbəli hərbçilərimizin həlak olması ilə bağlı başsağlığı verib. “Qonşu, qardaş Azərbaycanın yanında varıq” deyən M.Şəriətmədari İranın münaqişənin beynəlxalq normalar çərçivəsində həll olunmasının tərəfdarı olduğunu və bu məsələdə yardım göstərmək üçün əllərindən gələni etməyə hazır olduqlarını bildirib.
O, sosial sahədə aparılan islahatlarda əməkdaşlığın faydalı olduğunu, aparılan təcrübə mübadilələrinin əhəmiyyətini vurğulayıb. Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyinin həyata keçirdiyi islahatlar, sosial müdafiə tədbirləri barədə məlumat verən M.Şəriətmədari İƏT-in Əmək Mərkəzinin yaradılmasının da önəmli olacağını qeyd edib.
Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Xəbər Lenti Giriş Populyar Reklam