Azərbaycanlı müğənni: "Sevdiyim insan var, çox xoşbəxtəm, toy haqda isə..." » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanlı müğənni: "Sevdiyim insan var, çox xoşbəxtəm, toy haqda isə..."

Azərbaycanlı müğənni: "Sevdiyim insan var, çox xoşbəxtəm, toy haqda isə..."

//
24 yanvar 2013
//
//

Azərbaycanlı müğənni: "Sevdiyim insan var, çox xoşbəxtəm, toy haqda isə..."

"Mənim bu haqda danışmağım haradasa yaxşı çıxmaz..."Müğənni Sevda Yahyayevanin xeberleragentliyi.com-a müsahibəsi.

- Sevda bu gün sevilən müğənnidir?

- Mənim bu haqda danışmağım haradasa yaxşı çıxmaz, amma mən sevildiyimi hiss edirəm. İnsanlar mənə küçədə, yolda xoş sözlər deyirlərsə, məni məclislərinə dəvət edirlərsə, deməli, mən sevilən müğənniyəm.

- Müğənni olmasaydınız, kim olardınız?

- Mənim əlimdən başqa heç bir iş gəlmir. Mən uşaqlıqdan bunu xəyal etmişəm ki, müğənni olum.

- Səbir kasanız daşdığı an nə edirsiniz?

- Çəkilirəm bir otağa, tək oluram və hönkürtü ilə ağlayıram. Mən belə sakitləşə bilərəm ancaq.

- Sevda Yahyayevanın rəqibləri kimlərdir?

- Sevda Yahyayevanın özü. Mən öz yaşıdlarım arasında özümə rəqib tanımıram.

- Özünüzə həsr etdiyiniz mahnı var?

- Bütün mahnılarımda bir “mən” var. Bir mahnı var ki, o, tam mənə aiddir, amma onu heç vaxt açıqlamamışam, açıqlamayacam da. Qoy o həmişə mənim özümdə qalsın.

- Röya ilə daha çox dostsunuz, yoxsa həmkar?

- Birinci həmkarıq, sonra dost.

- Sizi nə vaxt ağ gəlinlikdə görəcəyik?

- (gülür) İnşallah, onu mən də bilmirəm hələ, qismət deyim. Sevdiyim insan var, çox xoşbəxtəm, hələ ki, toy haqqında fikirləşmirik.

- Sevdiyiniz insanda ən çox nəyi bəyənirsiniz?

- Mənim seçimim odur, onda olan hər bir şey önəm daşıyır mənimçün. Çox müasir, yumor hissi olan, məni başa düşən, məni hər kəsdən çox istəyən, ağıllı biridir sevdiyim insan.

- Son zamanlar qalmaqallarda adınız heç hallanmır, sizlə qalmaqal etmək istəmirlər, yoxsa siz uzaqsınız bütün bunlardan?

- Qalmaqal, söz-söhbət mənim təbiətimə məxsus deyil deyə qaçıram mən onlardan. Məni qalmaqala salmaq istəyən həmkarlarım olub, çox olub, amma mən ona yol verməmişəm.

- Məşhurlaşmaq üçün nə vaxtsa "şou" etmisiniz?

- Mən məşhurlaşmaq üçün işimi, sənətimi göstərmişəm, gündəmə gəlmək üçün ucuz yollardan istifadə etməmişəm. Mən dırnaqarası şou yox, əsl şou göstərmişəm, konsertlərimdə və mahnılarımda.
Xəbər Lenti Giriş Populyar Reklam
Neft ucuzlaşdı Bu gün, 11:06Neft ucuzlaşdı