Novruz Aslanov onlayn qəbul keçirib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Novruz Aslanov onlayn qəbul keçirib

Novruz Aslanov onlayn qəbul keçirib

Müəllif: cavidan
//
31 Temmuz 2020
//
//

Novruz Aslanov onlayn qəbul keçirib

Xüsusi rejimli karantin dövründə mədudiyyətləri nəzərə alan deputat Novruz Aslanov seçiciləri ilə onlayn və ya telefon vasitəsilə əlaqə saxlayır. İyulun 30-da İsmayıllı rayon sakinləri ilə növbəti belə qəbul keçirilmişdir.

Belə ki, 10.00-17.00 aralığında millət vəkili ilə telefon vasitəsilə fərdi qaydada İsmayıllı rayon sakinləri əlaqə saxlayıb və ona mövcud problemlər barədə məlumat veriblər. Müraciət edənlər qeydiyyata alınıb, bir neçə məsələ yerindəcə həllini tapıb, həlli zaman tələb edən məsələlərlə bağlı əlaqədar strukturlara müraciətin ediləcəyi bildirilib.

Məlumat üçün bildirək ki, hər həftənini IV günü millət vəkili İsmayıllı rayon seçiciləri ilə görüşmək məqsədilə rayona səfərlər edir və ya onlayn qəbullar keçirir.
Xəbər Lenti Giriş Populyar Reklam