İcra başçısı ismayıllıları təbrik etdi. » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » İcra başçısı ismayıllıları təbrik etdi.

İcra başçısı ismayıllıları təbrik etdi.

Müəllif: cavidan
//
31 Temmuz 2020
//
//

İcra başçısı ismayıllıları təbrik etdi.


Qurban bayramı Uca Allaha məhəbbət, yüksək əxlaqi dəyərlərə hörmət, bəşər övladına mərhəmət göstərən, İslamın insanlar üçün hidayət yolu seçilməsi ilə əlamətdardır. Milli-mənəvi dəyərlərə sadiq xalqımız hər il Qurban bayramını böyük coşqu ilə qeyd edir. Ölkənin hər yerində Allahın adına qurbanlar kəsilir, dövlətimizin əmin-amanlığı və rifahı naminə dualar edilir. Bu əziz gündə ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi böyük ehtiramla yad edilir.

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqın milli-mədəni yüksəlişinin və rifahının qorunması istiqamətində tövsiyələrini verərək deyib: "Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, inkişaf etdirməliyik və gənc nəsli əsrlərin sınağından keçən bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik". Prezident İlham Əliyev də, əsrlərlər boyu davam edən tarixi dəyərlərə hörməti ən ali vəzifələrdən hesab edir. Dövlətimizin başçısının “Biz birlikdə güclüyük” fikri Azərbaycan xalqının həmrəyliyini, birliyini təcəssüm etdirir.

Qurban bayramı xeyirxahlıq və mərhəmətliyin rəmzidir. Bu əziz gündə hər birinizə sevinc dolu təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!

Nahid Bağırov
İsmayıllı rayon İcra Hakimiyyətinin Başçısı
Xəbər Lenti Giriş Populyar Reklam