Sizin reklam burada
Sizin reklam burada

DİN-dən Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət

DİN-dən Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət


Daxili İşlər Nazirliyi Qurban bayramı ilə əlaqədar vətəndaşlara müraciət edib.

DİN-in Mətbuat xidmətindən redaksiyamıza daxil olan müraciətdə deyilir

"Bayram günlərində insanların öz xeyirxah əməllərini təhlükəsiz və sağlamlığa zərər vurmayan şəraitdə yerinə yetirməsinin vacibliyi ilə əlaqədar bildiririk ki, bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilmiş yerlərdən kənarda satışa və kəsimə icazə verilməyəcək.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq qurbanlıq heyvanların onlayn satış yarmarkalarından alınması üçün yeni istifadəyə verilmiş satış portalına müraciət olunmalıdır (www.qurbanliq.kendden.az).

Xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bütün qaydalara riayət edilməsi bir daha vətəndaşlardan tələb olunur".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ