Sizin reklam burada
Sizin reklam burada

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov vətəndaşların videoqəbulunu keçirib

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov vətəndaşların videoqəbulunu keçirib

24 iyul 2020-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov tərəfindən vətəndaşların növbəti videoqəbulu keçirilib.

Onlayn qəbul zamanı Xidmət rəisi 22 nəfərin müraciətini videogörüntü vasitəsilə dinləyib.

Müraciətlər əsasən işə qəbul, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, vətəndaşlığa qəbul, vətəndaşlıq mənsubiyyətinin araşdırılması ilə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Xidmət rəisi qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ