Bakıda inşa olunan avtoparkda faciə, ölən və yaralılar var - YENİLƏNİB - SİYAHI - FOTO » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda inşa olunan avtoparkda faciə, ölən və yaralılar var - YENİLƏNİB - SİYAHI - FOTO

Bakıda inşa olunan avtoparkda faciə, ölən və yaralılar var - YENİLƏNİB - SİYAHI - FOTO

Müəllif: Kürsüm
//
23 yanvar 2013
//
//

Bakıda inşa olunan avtoparkda faciə, ölən və yaralılar var - YENİLƏNİB - SİYAHI - FOTO

Xətai Rayon Prokurorluğundan xeberleragentliyi.com-a verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3 (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Nobel prospekti, 15 ünvanında yerləşən yeraltı avtodayanacağın tikintisi zamanı daş hasarın uçması nəticəsində 1978-ci il təvəllüdlü Ələsgər Qurbanov ölüb, 1965-ci il təvəllüdlü Samir Dadaşov, 1990-cı il təvəllüdlü Nicat Hacıyev, 1983-cü il təvəllüdlü Firqət Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar aldıqları xəsarətlərdən Klinik Tibbi Mərkəzə yerləşdiriliblər.

---------
11:09

Xətai Rayon Prokurorluğundan xeberleragentliyi.com-a verilən məlumata görə, hadisə yeraltı avtodayanacağın tikintisi zamanı baş verib. Baş divarda bərkitmə işləri aparan zaman uçqun olub. Orada işləyən 30 yaşlı Firqət Əliyev, Samir Dadaşov, Nicat Hacıyev ağır bədən xəsarəti alıblar. Digər işçi Ələsgər Qurbanov isə dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 222-ci (tikinti, mədən işlərinin aparılmasında təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan ölümə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

---------
10:33

Rayon Polis İdarəsindən xeberleragentliyi.com-un verilən məlumata görə, Nobel prospekti 15 ünvanında tikilən avtoparkda baş vermiş hadisə zamanı ölənlər və yaralananların olduğu bildirilir.
Hadisə yerinə prokurorluq əməkdaşları çıxıblar.

Əlavə məlumatı gözləyin.

Anar Məmmədov
xeberleragentliyi.com
Xəbər Lenti Giriş Populyar Reklam