Sizin reklam burada
Sizin reklam burada

DİN qərargah rəisinin ölümü ilə bağlı MƏLUMAT YAYDI

DİN qərargah rəisinin ölümü ilə bağlı MƏLUMAT YAYDI



Daxili İşlər Nazirliyi (DİN) Dövlət Sərhəd Xidmətinin (DSX) polkovnikinin ölümü nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 20-də saat 8 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxınlığındakı sərhəd zastavasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən “UAZ” markalı xidməti avtomobil qəzaya uğrayıb.

Hadisə nəticəsində avtomobildə olan hərbi hissənin qərargah rəisi, polkovnik Şahin Mirzəyev vəfat edib, digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hərbi qulluqçulara ilkin tibbi yardım göstərilib və təcili tibbi təxliyəsi təşkil olunub.

Araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ