Bir sürücü Bakının ən böyük prospektində tıxac yaratdı - FOTO » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bir sürücü Bakının ən böyük prospektində tıxac yaratdı - FOTO

Bir sürücü Bakının ən böyük prospektində tıxac yaratdı - FOTO

Müəllif: Kürsüm
//
23 Ocak 2013
//
//

Bir sürücü Bakının ən böyük prospektində tıxac yaratdı - FOTO

xeberleragentliyi.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, söhbət səhər saatlarında, təxminən saat 09 radələrində Babək prospektində yaranmış böyük tıxacdan gedir.

Tıxaca üzü şəhər istiqamətində prospektdə baş verən xırda qəza səbəb olub. Heydər Əliyev prospektinin başlanğıcı, Xətai küçəsini birləşdirən yol ötürücüsünün yaxınlığında “VAZ-21015” markalı avtomobili digər maşın arxadan vuraraq əzib. Qəza zamanı avtomobilin arxa işığı sınsa da, sürücü yol polisinin gəlməsini gözləyərək maşını yolun ortasında saxlayıb. Bu isə şəhər istiqamətində intensiv hərəkət edən avtomobillərin dayanmasına səbəb olub. Babək prospektində avtomobil tıxacının uzunluğu bir neçə kilometrə çatıb.

Qəza yerində isə hələlik yol polisi gözə dəymir.

Elşən İmanov
xeberleragentliyi.com
Xəbər Lenti Giriş Populyar Reklam