Bakıda orta məktəb şagirdi bıçaqlanıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda orta məktəb şagirdi bıçaqlanıb

Bakıda orta məktəb şagirdi bıçaqlanıb

Müəllif: Kürsüm
//
23 Ocak 2013
//
//

Bakıda orta məktəb şagirdi bıçaqlanıb

Anspress xəbər verir ki, Bakının Nizami rayonu 8-ci kilometr qəsəbəsində qanlı hadisə baş verib. Əli Vəliyev küçəsində qeydə alınan hadisə zamanı 17 yaşlı Fərhadov Əli Müşfiq oğlu yaşadıqları evin yaxınlığında naməlum şəraitdə bıçaqlanıb. Yaralı hadisədən sonra təcili olaraq 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Əli Fərhadovun üzərində cərrahi əməliyyat aparılıb. Hazırda yaralı müalicəsini xəstəxanada davam etdirir.

Hadisə barədə araşdırmalar isə Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsində aparılır. Əli Fərhadovun kim tərəfindən və hansı məqsədlə bıçaqlandığı araşdırmalardan sonra məlum olacaq. Qeyd edək ki, hadisə zamanı yaralanan Əli Fərhadov orta məktəb şagirdidir. O, elə Nizami rayonunda yerləşən 238 saylı orta ümumtəhsil məktəbinin 10-cu sinfində təhsil alır.

xeberleragentliyi.com
Xəbər Lenti Giriş Populyar Reklam